1 Aprel 2017 15:11
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp daha bir qəribə hərəkəti ilə medianın diqqətinə gəlib.

Teleqraf.com-un məlumatına görə, prezident ticarət məsələlərinə dair fərmanın təntənəli elan olunma mərasimində iştirak etsə də, sonda fərmanı imzalamadan mərasim zalını tərk edib.

“Hill” qəzetinin yazdığına görə, Tramp Oval kabinetə daxil olub, fərmanı elan edib, ancaq onu imzalamayıb. Bu zaman vitse-prezident Mayk Pens artıq kabineti tərk edən dövlət başçısına yaxınlaşaraq vəziyyəti ona izah edib, prezidenti geri qaytarmağa çalışıb, ancaq Tramp geri qayıtmayıb.

Bundan sonra Pens masaya yaxınlaşıb, sənədi götürüb və otaqdan çıxıb. Nəşrin yazdığına görə, ABŞ prezidenti qaydaya uyğun olaraq qanunları və digər sənədləri mətbuatın iştirakı ilə Oval kabinetdə elan etdikdən sonra onu imzalamalıdır.

“Hill” güman edir ki, Tramp reportyorlardan birinin ona milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Maykl Flinnlə bağlı sual ünvanlamasından sonra əsəbiləşib və kabineti tərk edib.

Onu da bildirək ki, Maykl Flinn vitse-prezident Pensə və administrasiyanın digər yüksək çinli məmurlarına Rusiya səfiri Sergey Kislyakla əlaqələri barədə dezinformasiya xarakterli məlumat verməsinin KİV-də yayılmasından sonra istefa verməyə məcbur olub. Flinn həmçinin, Türkiyənin maraqları naminə lobbi fəaliyyəti ilə məşğul olmaqda da ittiham olunur. Məlumata görə, onun firması Türkiyədən 500 min dollar alıb.

Rusiya və ABŞ rəhbərliyi bu ittihamları rədd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər