Şənbə günü Paris yaxınlığındakı Vilpent kommunasında keçirilən karnaval zamanı baş verən partlayış nəticəsində təqribən 20 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Express” nəşri məlumat yayıb.
Partlayış Bakı vaxtı ilə 19.30-da qeydə alınıb.
İlkin ehtimala görə, partlayışa terror aktı deyil, bədbəxt hadisə səbəb olub. İnsident yerində polis və xilasedicilər işləyir.