2 Aprel 2017 22:29
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın İstintaq Komitəsi bu gün yerli vaxtla saat 19-a olan məlumata əsasən parlament seçkilərində səsvermə zamanı 73 qanun pozuntusu haqda məlumat alıb.

Məlumatda bildirilir ki, qanun pozuntularının 27-i paytaxt Yerevandakı seçki məntəqələrinin, digərləri isə ayrı-ayrı vilayətlərdəki seçki məntəqələrinin payına düşür.

Qeyd edək ki, qanun pozuntularının bir qismi istintaqa yönləndirilib, bir qismi isə yoxlanılır.

Parlament seçkiləri artıq başa çatıb.


Müəllif:

Oxşar xəbərlər