Türkiyənin Manisa vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com-un Türkiyə Fövqəladə halların qarşısının alınması və fəsadların aradan qaldırılması İdarəsinin (AFAD) istinadən məlumatına görə, yeraltı təkanların episentri Şəhzadələr rayonunda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.