3 Aprel 2017 16:40
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin bu gün günorta saatlarında Sankt-Peterburq metrosunun iki stansiyasında baş verən partlayışlarla bağlı açıqlama verib.

Teleqraf.com TASS agentliyinə istinadla xəbər verir ki, o, bununla bağlı belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirdiyi görüşdə deyib.

Putinin sözlərinə görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovla faciəni müzakirə edib: "İstintaq yaxın zamanda partlayışın səbəblərini açıqlayacaq. Hazırda bütün versiyalar üzərində araşdırmalar aparılır".

Rusiya prezidenti hadisə zamanı həlak olanların yaxınlarına başsağlığı, yaralananlara şəfa diləyib.

Hazırda Sankt-peterburq şəhərindəki bütün metro stansiyaları qapadılıb.

Samir


Müəllif:

Oxşar xəbərlər