Rusiya Milli Antiterror Komitəsi (MAK) Sankt-Peterburqun "Ploşşad Voostaniya" metro stansiyasında partlayıcı qurğunun tapıldığını təsdiqləyib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə komitənin İnformasiya Mərkəzinin rəhbəri Andrey Prejezdomski bildirib.
O deyib ki, MAK əməkdaşları tərəfindən partlayıcı qurğu zərərsizləşdirilib.