4 Aprel 2017 16:29
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında üçtərəfli telefon danışığı həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Liderlər Donbasda bütün mövqelərdə atəşkəsin əldə olunmasının vacibliyini vurğulayıblar.

Məlumatda bildirilib ki, Putin, Merkel və Olland son olaraq Normald formatında görüşlə bağlı razılığa gəliblər.

Samir


Müəllif:

Oxşar xəbərlər