Avropa İttifaqı (Aİ) Ukraynaya maliyyə yardımı qismində 600 milyon avro ayırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko öz "Twitter" səhifəsində yazıb.
"Bu gün Aİ iqtisadiyyatın sabitləşdirilməsi və bu sahədə islahatların aparılması üçün makromaliyyə yardımı çərçivəsində 600 milyon avro məbləğində ikinci ödəməni edib", - deyə Poroşenko bildirib.