Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Mariya Qaydarın Ukrayna prezidenti Petro Poroşenkoya müşavir təyin edilməsi məsələsinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Saakaşvili bununla bağlı Facebook hesabında paylaşım edib:
"Mənə məlumdur ki, Mariya Qaydar və Odessanın komanda üzvləri ilə 3 ay boyunca danışıqlar aparılıb. Burada iki variant ortaya çıxır: Ya Poroşenko bizim Odessada pis işlədiyimizi deməklə yalan danışır və həmin komandanın üzvlərini ətrafına yığır. Ya da ki, Poroşenko məndən qorxur və mənim ona yarada biləcəyim təhlükələri nəzərə alaraq, komandamı dağıtmaq istəyir".
Samir