Somali piratları Pakistana məxsus “Salama” gəmisini ələ keçiriblər.
Ekipajın sayı barədə məlumat dəqiqləşdirilir.
“Salama” bir neçə sutka ərzində Somali piratları tərəfindən ələ keçirilən sayca ikinci gəmidir. Bundan əvvəl silahlılar Hindistan bayrağı altında üzən, göyərtəsində 11 ekipaj üzvü olan gəmini ələ keçiriblər.
Geo TV telekanalının məlumatına görə, Pakistan gəmisi Somalinin Əl-Xur şəhərinə gətirilib. İlkin məlumata görə, Hindistana məxsus gəmi də Hobyo limanı yaxınılığında yerləşən Əl-Xurdadır.