6 Aprel 2017 12:39
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krımda Ukraynaya məxsus "Xerson balıqçısı" gəmisi saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Krım Federal Təhlükəsizlik Bürosu məlumat yayıb.

Ukrayna bayrağı altında üzən gəmi dövlət sərhədlərini pozmaqda ittiham olunur. Qayıqda olan 10 ekipaj üzvü və kapitan həbs olunub. Onların hamısı Ukrayna vətəndaşıdır. Faktla bağlı arşadırma aparılır.

Günahları sübuta yetirilərsə, onların hər biri 60 min rubl (2 min AZN) cərimə ödəməli olacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər