6 Aprel 2017 13:43
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezident Donald Tramp “The New York Times” nəşrinə müsahibə verib.

Teleqraf.com xəbər verir ki, müsahibə zamanı Tramp hərbi planlarını heç kimlə bölüşməyəcəyini deyib:
"Hərbi planlarımı heç kimlə bölüşmürəm. Mən uzun illərin yanaşmasına qarşıyam".

Bununla da, ABŞ prezidenti rusiyalı həmkarı ilə Suriya məsələsində nəzərdə tutduğu hərbi planları müzakirə etmək niyyətində olub-olmadığı sualına aydınlıq gətirib.

Qeyd edək ki, Donald Tramp Suriyanın İdlib şəhərində dinc sakinlərə qarşı kimyəvi silahdan istifadə edilməsini pisləyib və bildirib ki, bu hücumdan sonra onun Bəşər Əsədlə bağlı mövqeyi tamamilə dəyişib.

Samir


Müəllif:

Oxşar xəbərlər