Avropa Parlamentinin deputatları bu gün qurumun Strasbuqrda keçirilən plenar iclasında Ukrayna vətəndaşlarına Avropa İttifaqı ölkələrinə qısa müddət üçün vizasız gediş hüququ verən qanun layihəsinin lehinə səs veriblər.
Teleqraf.com xəbər verir ki, sözügedən layihənin mətni bir müddət öncə Avropa İttifaqı Şurasının qeyri-formal iclasında razılaşdırılmışdı. Yeni qanunun iyunun əvvəlində qüvvəyə minəcəyi gözlənilir.
Qəbul edilmiş qanuna əsasən, Ukraynanın biometrik pasportlarına malik vətəndaşları Avropa İttifaqı ölkələrinə turizm, peşə fəaliyyəti və digər məqsədlər üçün vizasız səfər edərək 90 gündən 180 günədək Aİ ölkələrində qala bilərlər. Bununla belə, onlara bu müddət ərzində Avropa İttifaqı ölkələrində işləmək hüququ verilməyib.
Aİ təsisatları qərar qəbul edilməzdən əvvəl vizasız rejimin dayandırılmasının mexanizmlərini də təkmilləşdiriblər. Onlar bunu ona görə ediblər ki, hansısa fövqəladə hal verərkən dərhal sadələşdirilmiş viza rejminə keçid mümkün olsun.
Məsələyə Ukrayna prezidenti Petro Poroşenko da münasibət bildirb. O, qərarın qəbul edilməsindən dərhal sonra “Tvitter” hesabında yazıb: “Ukrayna ilə vizasız rejimə keçilməsinə Avropa Parlamentindən 521 səs!”
Səxavət