Rusiyanın Sankt Peterburq şəhərində yaşayış binasında aşkar edilmiş partlayıcı qurğu zərərsizləşirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı məlumatı şəhərin Nevskiy rayonunun rəhbəri Konstantin Serov verib.
Onun sözlərinə görə, hadisə İlə bağlı bir neçə şübhəli saxlanılıb: "Partayıcı qurğu tapılıb, o zərərsiz hala gətirilib. Sakinlərin evlərə qayıtmasına dair göstəriş verilib".
Qeyd edək ki, bazar ertəsi Sankt Peterburq metropoliteninin "Sennaya ploşad" və "Texnologiçeskiy institut -1" stansiyaları arasında hərəkət edən vaqonda baş vermiş partlayış 14 nəfərin ölümünə, 49 nəfərin yaralanmasına səbəb olub.
Samir