6 Aprel 2017 22:14
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün milyardlarla insanın gözü qarşısında Avropa insan haqlarını pozur. Avropa artıq demokratiyanın yox, zorakılığın, nasizmin mərkəzidir".

Trend-in məlumatına görə, bunu prezident Rəcəb Tayyib Ərdoğan Balıkesirdə keçirilən mitinq zamanı deyib.

Onun sözlərinə görə, bugünkü Avropa "çürüyən qitədir":

"Avropanın artıq nə Türkiyəyə, nə də dünyaya deyiləsi sözü qalıb. Avropa özünü əldən salıb, tükənib və elə bir hala gəlib ki, əvəzini çox ağır ödəyəcək. Yüz illərlə müdafiə etdikləri nə varsa, indi hamısını yerlə-yeksan etdilər".


Müəllif:

Oxşar xəbərlər