"Vaşinqton İŞİD və "Ən Nursa" ilə əməkdaşlığını sübut etdi"
Suriya ABŞ-ın Şayrat aviabazasını bombalamasına sərt reaksiya verib.
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb:
"Yerli vaxtla 03:42-də təşkil olunan hücum zamanı 6 nəfər həlak olub, çox sayda insan yaralanıb. ABŞ tərəfinin bu addımı beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Vaşinqton bununla İŞİD, "Ən Nursa" və digər terror təşkilatı ilə əməkdaşlığını sübut etdi".
Samir