Moskva Vaşinqtonla bağlanmış Suriyada insidentlərin qarşısının alınması haqqında memorandumdan imtina edib.
Teleqraf.com TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı məlumat Rusiya Xarici İşlər Nazirliyinin xüsusi bəyanatında verilib:
"Rusiya tərəfi bu razılaşmadan imtina edir və BMT Təhlükəsizlik Şurasını vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas keçirməyə çağırır. Hər kəsə məlumdur ki, Suriyaya hücum planı Vaşinqton tərəfindən İdlib məsələsindən əvvəl qəbul edilib. ABŞ-ın bu addımı dünya ictimaiyyətinin diqqətini Mosulda baş verənlərdən yayındırmaq məqsədi güdür. Qeyd edək ki, beynəlxalq koalisiya qüvvələrinin Mosula endirdiyi hava zərbələri zamanı 100-dən çox dinc sakin həlak olub.
ABŞ-ın bu addımı beynəlxalq təhlükəsizliyə təhdiddir və Suriyadakı vəziyyəti daha da qəlizləşdirəcək".
Bəyanatda bildirilir ki, Rusiya bir neçə dəfə aktual problemlərin həlli üçün birgə əməkdaşlığa hazır olması ilə bağlı çağırış edib: "Lazkin biz beynəlxalq terrorçuluqla mübarizə adı altında Suriya qanunlarının pozulması ilə barışmayacağıq. ABŞ ordusu başa düşür ki, Sruiya ordusu öz xalqına qarşı kimyəvi silahdan istifadə etməyibr. Suriyanın kimyəvi silahı yoxdur. Bu məlumat BMT-nin Kimyəvi silahların qadağan olunması üzrə bölməsi tərəfindən yayılıb. İdlibdə baş verənlərə gəlincə isə bu terror təşkilatlarının əməlidir. Bu terrorçular İraqda, xüsusən də də Hələbdə kimyəvi silahdan istifadə ediblər".
Qeyd edək ki, gecə saatlarında prezident Donald Trampın əmri ilə ABŞ ordusuna məxsus qırıcılar Suriyanın Şayrat hərbi hava bazasına 59 raket atıblar. Hadisə zamanı çox sayda insanın həlak olduğu bildirilib.
Samir