7 Aprel 2017 15:39
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının təcili iclasını keçirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, iclas zamanı dünən gecə saatlarında ABŞ-ın Suriyanın Şayrat aviabazasını bombalaması müzakirə olunub: "Müşavirədə terrorçuluqla mübarizədə birgə səylər zamanı bu cür hərəkətlərin mənfi nəticələrinin qaçılmaz olduğu bildirilib".

Peskov əlavə edib ki, Vaşinqtonun bu hərəkətləri beynəlxalq hüquq normalarına ziddir.

Qeyd edək ki, ABŞ qırıcıları Şayrat aviabazasına 59 "Tomaqavk" raketi atıb. Olay zamanı 6 nəfər həlak olub, çox sayda insan xəsarət alıb.

Samir


Müəllif:

Oxşar xəbərlər