İspaniyanını bask separatçı qrupu Eta silahlarını birtərəfli şəkildə tərk edəcəyini deyib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Etanın Bask bölgəsinin azadlığına yönələn və 40 ildən artıq çəkən mübarizəsi 800-dən çox insanın ölümü və minlərlə insanın xəsarəti ilə nəticələnib.
2011-ci ildə Eta atəşkəs elan edib, lakin silahlarını tərk etməyib. İspaniya silahlı qrupla danışıqlar keçirməkdən imtina edir.
7 aprel tarixli məktubda bildirilir ki, "bütün silahlarını (silahlar və qumbaralar) Bask vətəndaş cəmiyyəti təmsilçilərinə buraxdıqdan sonra Eta artıq silahsız bir təşkilatdır".
Lakin məktubda həmçinin yazılıb ki, "proses hələ bitməyib" və "silahları tərk etmə günü sabahdır".
"Biz xəbərdar etmək istəyirik ki, sülhün düşmənləri hələ də prosesə hücum edə bilər. Uğurun tək qarantiyası sabah Bayonneda [Fransanın cənub qərbində] silahlarımızı tərk etməmizi dəstəkləyən minlərlə insanın yığılması olacaq."