Rusiyanın baş naziri Dmitri Medvedev ötən gün Suriyaya aviazərbələn endirən ABŞ-ın müharibənin bir addımlığında olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, Medvedev feysbuk səhifəsində bildirib ki, ABŞ əsas düşmən olan İŞİD-ə qarşı mübarizə aparmaq əvəzinə qanuni hakimiyyət olan Əsəd iqtidarına qarşı aqressiya nümayiş etdirir. Hücum BMT-nin razılığı olmadan, beynəlxalq hüququn pozulması ilə baş verib. ABŞ bu hücumla Rusiya ilə qarşıdurmanın bir addımlığına yaxınlaşdı".
Ruslan