Ötən həftə Suriyanın İdlib şəhərində xlor qazından zəhərlənək ölən ekizlərin atası Abdülhamid el-Yusuf Türkiyəyə sığındı
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Abdülhamid el-Yusuf uşaqları ilə yanaşı həyat yoldaşını da qaz bombası zamanı itirib.
"Aya və Əhməd, canlarım, yolunuz açıq olsun, Allahın evinə gedirsiniz... Kimə şikayət edim, bu acını necə anladım. İndi dünya halımızı görsün... Səbr ya Rəbbim", sözlərilə ürəkləri sızladan Abdülhamid el-Yusuf bu gün Hatayda prezident Ərdoğanla görüşərək, onun alnından öpüb.