8 Aprel 2017 09:53
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran prezidenti Həsən Ruhani şəxsi “Twitter” səhifəsində ABŞ-ın Suriyadakı aviabazaya endirdiyi raket zərbələrinə reaksiya verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ruhani bu hücumun regionda və dünyada ciddi problemlərin yaranması ilə nəticələnəcəyini deyib:

“Xan Şeyxun şəhərciyində baş verən hadisə son dərəcə sarsıdıcı bir olay idi. Biz bunu kəskin şəkildə qınayırıq. Amerikanın Suriyanın “Əl-Şayrat” aviabazasına qarşı təcavüzkar hücumu bölgədə radikalizm və terrorçuluğun gücləndirilməsinə, qanunsuzluğun baş alıb getməsinə səbəb olacaq. Dünya birliyini bölgə və bütün dünya üçün dağıdıcı və təhlükəli nəticələrə gətirib çıxara biləcək bu kimi siyasətlərə qarşı çıxmağa çağırırıq”.


Xatırladaq ki, bir neçə gün əvvəl Suriya hökumət qüvvələrinin İdlib əyalətində “Xan Şeyxun” şəhərciyindəki müxaliflərə və dinc əhaliyə qarşı kimyəvi hücumunda ən azı 150 nəfər həlak olub, 400 nəfər yaralanıb. Həlak olanlar arasında çoxlu azyaşlı uşaqlar da var.

Aprelin 7-si Amerikanın regiondakı dəniz qüvvələri Bəşər Əsəd rejiminin dinc əhaliyə qarşı həyata keçirdiyi kimyəvi hücumuna cavab olaraq Suriyanın Homs əyalətindəki aviabazasına raket zərbələri endirib.

Samir


Müəllif:

Oxşar xəbərlər