8 Aprel 2017 13:23
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya rejiminin kimyəvi silahlarla bağlı üzərinə götürdüyü öhdəliyə əməl etmədiyi ortaya çıxıb. Bu haqda Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı məlumat yayıb.

Teleqraf.com. cnnturk.com-a istinadən xəbər verir ki, Suriya hökuməti 300 ton kimyəvi maddənin təslim edilməsinə razılaşsa da, bunu icra etməyib.

"El Seyad" silah istehsalı müəssisəsində aparılan araşdırma zamanı sarin və VX istehsalı faktlarına rast gəlinib. VX sarın qazından ən azı 10 dəfə daha zəhərli bir kimyəvi maddə olaraq bilinir. Dəri, göz və tənəffüs yolu ilə insanlara təsir edir.

Məlumatda qeyd olunur ki, 2013-cü ildə Şamda 400 adamın öldürüldüyü hücumdan sonra Suriya hökuməti kimyəvi silahlarla bağlı verdiyi sözə əməl etməyib. Belə ki, Şamda baş verən məlum hücumdan sonra Bəşər Əsəd rejimi təxminən 300 ton kimyəvi məhlulu 6 ay müddətində təslim etməyə razı olub. Ancaq bu müddətin başa çatmasına baxmayaraq, Suriya tərəfi həmin zəhərli məhlulları təslim etməyib. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı bu faktı təsdiqləyib.

Belə ki, müfəttişləri 2015-ci ildə aparılan araşdırmalarla sarin və VX tipli kimyəvi silahlara dair göstərişlərin olduğu haqda informasiya əldə edib. 2015-ci ilin 27 martında "El Seyad" silah istehsalı müəssisəsində sarin və VX istehsalı istiqamətində dəlillər əldə olunub.

Qeyd edək ki, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) Haaqada fəaliyyət göstərir. 1997-ci ilin aprel ayında İştirakçı Dövlətlərin ilk Konfransı keçirilib. Kimyəvi Silahlar Konvensiyası mövcuddur və dünyanın 160 ölkəsi bu konvensiyanı ratfikasiya edib.

Cavad


Müəllif:

Oxşar xəbərlər