Son 5 gündə baş verən hadisələr dünya gündəmini tamamilə dəyişib.
Teleqraf.com həmin hadisələrin xronologiyasını təqdim edir:
1. Aprelin 3-də günorta saatlarında Rusiyanın Sankt-Peterburq şəhərinin metrosunda terror aktı törədilib. "Sennaya ploşad" və "Texnologiya institutu -1" stansiyaları arasında baş verən partlayış nəticəsində 14 nəfər həlak olub, 51 nəfər yaralanıb.
2. Aprelin 4-də Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr İdlib şəhərinin Xan Şeyxun məhəlləsinə kimyəvi bombalar yağdırıb. Hadisə nəticəsində 20-si uşaq olmaqla 100 nəfər həlak olub, 500 nəfər yaralanıb.
3. Aprelin 5-də Şimali Koreya ABŞ-ın xəbərdarlıqlarına baxmayaraq, yeni ballistik raketləri sınaqdan keçirib. Sınaq zamanı 60 kilometr məsafə qət edən raket Yapon dənizinə düşüb.
4. Aprelin 6-da ABŞ Əsəd rejiminə qarşı hərbi müdaxilə edəcəyini açıqlayıb. Dövlət katibi Reks Tillerson çıxışı zamanı Suriyada dinc sakinlərə qarşı kimyəvi silahlardan istifadə edilməsinin qəbuledilməz olduğunu açıqlayıb.
5. Aprelin 7-si ABŞ Suriyada hökumət qüvvələrinə məxsus Şayrat aviabazasını bombalayıb. Prezident Donald Trampın əmri ilə həyata keçirilən əməliyyat zamanı ABŞ qırıcıları aviabazaya 59 qanadlı raket atıb. Hadisə nəticəsində 10 suriyalı hərbçi həlak olub, 6 MiQ-23 qırıcısı yararsız hala salınıb.
6. Aprelin 7-si günorta saatlarında İsveçin paytaxtı Stokholmda terror aktı törədilib. Yük maşınının insan kütləsini əzməsi nəticəsində 4 nəfər həlak olub, 20-dən çox insan yaralanıb. Hadisə ilə bağlı yük avtomobilinin sürücüsü saxlanılıb.
Samir