9 Aprel 2017 09:54
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının rəisi Əlaəddin Bürucerdi jurnalistlərə açıqlamasında Amerikanın Suriya ordusunun Şayrat aviabazasına hücumuna münasibət bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Bürucerdi Amerikanın Suriyaya qarşı hava hücumunu “düşünülməmiş addım” adlandırıb. O deyib ki, Vaşinqtonun həyata keçirdiyi bu hücum BMT bəyannaməsinə zidd addımdır: “Şübhəsiz ki, bu hücumun ciddi fəsadları olacaq. Çünki Rusiya və İran Amerikanın bu hücumu və onun regionun mənafeyinə qarşı hərəkəti qarşısında sakit qalmayacaq. Bu addım həm də Amerika prezidenti Donald Trampın seçkilər zamanı verdiyi vədlərə ziddir və onun imicinin zəifləməsindən xəbər verir.

Əsəd qüvvələrinin İdlib əyalətində əhaliyə qarşı kimyəvi silahdan istifadə etməsi məsələsinə gəlincə, bu haqda yayılan xəbərlər tamamilə əsassızdır. Çünki Suriyadakı savaşın qalibi olan tərəf heç vaxt belə bir addım atmaz”.

Xatırladaq ki, bir neçə gün əvvəl Suriya hökumət qüvvələrinin İdlib əyalətində “Xan Şeyxun” şəhərciyindəki müxaliflərə və dinc əhaliyə qarşı kimyəvi hücumunda ən azı 100 nəfər həlak olub, 400 nəfər yaralanıb. Həlak olanlar arasında çoxlu azyaşlı uşaqlar da var.


Aprelin 7-si Amerikanın regiondakı dəniz qüvvələri Bəşər Əsəd rejiminin dinc əhaliyə qarşı həyata keçirdiyi kimyəvi hücumuna cavab olaraq, Suriyanın Homs əyalətindəki Şayrat aviabazasına raket zərbələri endirib.

Samir


Müəllif:

Oxşar xəbərlər