Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə kimyəvi silahın istifadə olunduğu hücumda həyat yoldaşı və iki uşağını itirən suriyalı Əbdülhəmid əl-Yusuf ilə görüşüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Yusuf görüş zamanı Ərdoğana böyük ümidlər bəslədiyini deyib. O bildirib ki, ailəsi ilə birlikdə 16 yaxınını Suriya müharibəsində itirib.
Ərdoğan suriyalı ataya başsağlığı verib və bundan sonra Yusuf Türkiyə prezidentinin alnından öpüb.
Samir