9 Aprel 2017 08:18
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Diyarbəkir, Şırnkak, Batman, Tunceli, Hakkari və Qars vilayətlərində həftə ərzində keçirilmiş anti-terror əməliyyatları zamanı 36 PKK terrorçusu zərərsizləşdirilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Terror qruplaşmasının üzvləri artıq uzun müddətdir Türkiyənin dövlət strukturlarına və vətəndaşlarına hücumlar təşkil edirlər.

Ölkə hakimiyyətinin bu vəziyyəti nizamlamaq yollarını tapmaq üçün səylərinə baxmayaraq, PKK 2016-cı ilin iyulundan silahlı hücumlara yenidən start verib. Həmin vaxtdan bu günə kimi 500-ə yaxın mülki sakin və təhlükəsizlik qüvvələrinin 800 əməkdaşı terrorçular tərəfindən öldürülüb. Anti-terror əməliyyatlarının gedişində təhlükəsizlik qüvvələri tərəfindən 10 mindən çox terrorçu məhv edilib və həbs olunub.

Qeyd edək ki, ABŞ və Avropa İttifaqı PKK-ı terror təşkilatları siyahısına salıb.


Müəllif:

Oxşar xəbərlər