9 Aprel 2017 17:17
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somalinin paytaxtı Moqadişoda hərbi bazanın yaxınlığında partlayış baş verib.

Teleqraf.com-un Trend-ə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 15 nəfər ölüb.

Daha əvvəl, dörd nəfərin öldüyü haqda xəbər verilirdi.

Hərbçilərin məlumatına görə, partlayıcı qurğu intiharçı-terrorçu tərəfindən işə salınıb, onun məqsədi yüksək vəzifəli hərbi məmurlar olub.

Məlumata görə, partlayış yaxınlıqdan gedən mikroavtobus məhv edib.

"Mülki şəxslərlə dolu olan mikroavtobus məhv edilib, bütün sərnişinlər həlak olub", - silahlı qüvvələrin nümayəndəsi Əbdiqadir Hüseyn bildirib.


Müəllif:

Oxşar xəbərlər