ABŞ prezidenti Donald Trampın böyük qızı və müşaviri İvanka atasının Suriya ilə bağlı verdiyi qərara ciddi təsir edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı The Independent nəşri məlumat yayıb.
Böyük Britaniyadakı diplomatik mənbələrə istinadla verilən xəbər görə, Suriyada dinc sakinlərə qarşı kimyəvi silahdan istifadə olunması İvankaya pis təsir edib: "Buna görə də Donald Tramp qəti qərar verib".
Qeyd edək ki, İvanka Tvitter hesabındakı paylaşımında atasının Suriyanı bombalaması qərarını dəstəklədiyini demişdi. ABŞ ordusu aprelin 7-də Suriya ordusuna məxsus Şayrat aviabazasına 59 raket atıb.
Samir