Ermənistan parlamentinin iclası təxirə salınıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb sessiyanın keçirilməsi üçün lazımı kvorumun toplanmaması olub.
Məlumatlara görə, iclasda 93 məsələ və 29 beynəlxalq razılaşma müzakirə edilməli idi: "Kvorumun toplanmaması üçün Milli Məclisin yeni tərkibinin ilk iclası keçirilməyib. İclasın baş tutması üçün 131 deputatdan 66-sı parlamentə gəlməli idi. Toplantının növbəti çağırışına qeydiyyat 3 saatdan sonra başlanacaq".
Qeyd edək ki, aprelin 2-si Ermənistanda parlament seçkiləri keçirilib. Milli Məclisin sabiq tərkibi son iclasda iştirakdan imtina etmişdi.
Samir