Litvanın paytaxtı Vilnüsdə etiraz aksiyası keçirilib.
Trend-in məlumatına görə, nümayiş iştirakçıları tədris ilinin müddətinin uzadılmasına etiraz ediblər.
Bundan əvvəl ölkənin təhsil naziri Yurqita Petrauskene demişdi ki, təhsilin keyfiyyətini artırmaq məqsədilə tədris ilinin müddətinin 10-15 gün uzadılması planlaşdırılır. Bu, artıq hökumətin proqramına da daxil edilib.
Təqribən 400 nəfər Təhsil Nazirliyinin binası qarşısına toplaşaraq bu təkliflə razılaşmağını bildirib.