12 İyul 2014 12:26

Danimarkalı fotoqrafın İsraildə çəkdiyi foto bütün dünyanın etirazına səbəb olub.

Fotoqraf Allan Sorensenin sosial şəbəkələrdə paylaşdığı foto İsrailin Qəzzanı bombalayaraq 100-ə yaxın insanın öldürdüyü gün çəkilib.

Fotoda İsrail əsgərlərinin Qəzzaya bomba yağdırarkən bir qrup israillinin də həmin hadisələri kinoteatrda film izləyirmiş kimi izlədiyi görünür.


Hətta “nümayiş” zamanı Qəzzaya bombalar atıldıqca bir çoxlarının həmin anları alqışlaması sosial şəbəkələrdə etirazlarla qarşılanıb.

Fotoqraf İsveç mediasına açıqlamasında bildirib ki, Qəzza bombalandığı zaman uşaq qışqırtıları və ağlamaq səsləri gəlməsinə baxmayaraq, hadisəni izləyənlər vicdansızcasına gülürdülər.

Allan vəziyyəti belə izah edib:


“Onlar bu hadisəni əhvalları yüksəlsin deyə, izləyirdilər. Üzlərindəki gülüş bunu sübut edirdi”./axar/


Müəllif:
Загрузка...