11 Aprel 2017 12:19
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bir çox Avropa ölkələrinin və Braziliyanın əhalisi hesab edir ki, ABŞ prezidenti Donald Tramp beynəlxalq təhlükəsizliyə neqativ təsir edir".

Teleqraf.com TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı "Sputnik" agentliyi sorğu keçirib.

Trampın prezident seçilməsindən ən böyük narahatlığı Almaniya əhalisi keçirib. Sorğuda iştirak edən almanların 72 faizi əmindir ki, Tramp dünya təhlükəsizliyinə təhdiddir.

Bu fikri fransızların 64 %-i, braziliyalıların 60 %-i, britaniyalıların 55 %-i və türklərin 52 %-i dəstəkləyir.

İtaliya və ABŞ vətəndaşları isə bu fikrə bir az optimist yanaşır - burada müvafiq olaraq 49 və 45 faiz respondent Trampın dünya üçün təhlükə törətdiyini dəstəkləyir.

Trampın dünyadakı sülhə pozitiv təsir edəcəyi fikrini isə fransızların 6, almanların 8, britaniyalıların 11, türklərin 11, braziliyalıların 13, italiyanların 13 və amerikalıların 28 faizi dəstəkləyir.

Respondentlərin qalan hissəsi Trampın dünya təhlükəsizliyinə heç bir təsir göstərməyəcəyini hesab edirlər.

Ümumilikdə, sorğuda Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, ABŞ, Braziliya və Türkiyədən 7148 respondent iştirak edib.

Samir


Müəllif:

Oxşar xəbərlər