“Suriyada yaraqlıların hücumu nəticəsində iki hərbçimiz həlak olub”.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, müqavilə əsasında xidmət edən rus hərbçisi digər zabit yoldaşı – hərbi müşavirlə birgə atıcılııq üzrə təlimçi qismində Suriya ordusuna məxsus hərbi hissəyə səfər ediblər. Bu zaman yaraqlılar onları minaatanlardan atəşə tutublar. “Mina partlaması nəticəsində iki hərbçimiz həlak olub, biri isə yaralanıb. Hərbi həkimlər yaralı hərbçimizin həyatda qalması uğrunda mübarizə aparırlar”, deyə nazirliyin məlumatında bildirilir.
Qeyd olunur ki, ordu komandanlığı həlak olanları və yaralı hərbçini dövlət mükafatı ilə təltif olunmağa təqdim edib.
Onu da bildirək ki, “RBK” saytı aprelin 9-da müqavilə əsasında xidmət edən İqor Zavidnov ad-soyadlı rus hərbçinin, həmçinin ad-soyadı açıqlanmayan digər bir hərbçinin həlak olmasına dair məlumat yayıb.
Səxavət