"ABŞ-ın Suriyaya hücum etməsi Vaşinqton-Moskva münasibətlərinə ciddi təsir edəcək".
Teleqraf.com TASS agentliyinə istinadla xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, hazırda münasibətlər soyuq müharibə dövründən bu yana ən çətin dövrünü yaşayır.
Lavrov sabah ABŞ dövlət katibi Reks Tillersonla planlaşdırılan görüşlə bağlı fikirlərini də bölüşüb. O, görüşün səmərəli olmasını ümid etdiyini deyib. Lavrov əlavə ediv ki, Suriyada kimyəvi silahdan istifadə ilə bağlı beynəlxalq ictimaiyyət araşdırmalara başlamalıdır.
Rusiya XİN rəhbəri ABŞ-Şimali Koreya münasibətlərinin də narahatlıq doğurduğunu bildirib.
Samir