"ABŞ Koreya yarımadasının sahillərinə gəmi armadası göndərib".
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib:
"Biz armada göndərmişik. Çox güclüdür. Bizim sualtı qayıqlarımız var. Onlar aviadaşıyıcılardan daha güclüdür. Bunları sizə deyə bilərəm".
Tramp Şimali Koreya lideri Kim çen Inın atdığı addımları qiymətləndirib: "Şimali Koreya lideri ilə tanış deyiləm. Ancaq o, düz eləmir".
Qeyd edək ki, ABŞ ordusuna məxsus "Karl Vinson" aviadaşıyıcısı Koreya yarımadasının sahillərinə yaxınlaşıb. Bundan sonra KXDR ABŞ-ı nüvə hücumu ilə hədələyib. Tramp isə Şimali Koreyanın növbəti ballistik raketindən sonra bu ölkəyə hərbi müdaxilə barədə xəbərdarlıq edib. Aviadaşıyıcıya 24 ədəd F/A-18 qırıcısı, 10 ədəd yanacaqdoldurma təyyarəsi, 10 ədəd S-3A təyyarəsi, 6 ədəd SH-3H taktiki vertolyotu, 4 ədəd EA-6B kəşfiyyat təyyarəsi, həmçinin, Lake Champlain (CG-57) raket krasleri, Michael Murphy (DDG-112) və Wayne E. Meyer (DDG 108) esminesi daxildir.
Samir