Qazaxıstan yaxın vaxtlarda latın əlifbasına keçəcək.
Teleqraf.com vestikafkaz-a istinadla xəbər verir ki, bununla bağlı Qazaxıstan prezidenti Nursultan Nazarbayev sərəncam imzalayıb.
Sərəncam Qazaxıstanın “Egemen Kazaxıstan” dövlət qəzetində dərc olunub. Sənədə əsasən, 2017-ci ilin sonuna kimi latın qrafikalı vahid Qazaxıstan əlifbası standartı hazırlanmalıdır.
Prezident əlavə edib ki, 2018-ci ildən başlayaraq, ölkədə yeni əlifbanın öyrənilməs üzrə mütəxəssislər və dərsliklər hazırlanmalıdır.
Samir