"Suriyaya edilə hücuma baxmayaraq, ABŞ dövlət katibi Reks Tillersonun Rusiya səfəri təxirə salınmayıb. Çünki, Moskva Vaşinqtonun beynəlxalq problemlərin həlli ilə bağlı mövqeyini anlamağa çalışır".
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib:
"Fikrimcə, bu məsələ hələ heç kimə məlum deyil. Biz bilmək istəyirik ki, onlar Suriyada nə edəcəklər. Bu, təkcə bizə deyil, hamıya lazımdır. Ümumiyyətlə, onların Yaxın Şərqdə - İranda, Əfqanıstanda, İraqda, o cümlədən Şimali Koreyada nə etməyi planlaşdırdığı heç kəsə məlum deyil".
Qeyd edək ki, aprelin 7-də ABŞ prezidenti Donald Trampın əmri ilə Amerika ordusu Suriyada hökumət qüvvələrinə məxsus Şayrat aviabazasını bombalayıb.
Samir