Aprelin 3-də Sankt-Peterburq metropolitenində törədilən terror aktında ağır yaralananlardan daha biri bu gün xəstəxanada dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks”a Peterburqun vitse-qubernatoru Anna Mityanina məlumat verib. O qeyd edib ki, pasiyent Hərbi-Tibb Akademiyasının klinikasına yerləşdirilmişdi.
Bununla da terror aktı nəticəsində həlak olanların sayı 15-ə yüksəlib.
Qeyd edək ki, əldə hazırlanmış bombanın metro vaqonunda partladılması nəticəsində 14 nəfər həlak olmuş, 50-dən artıq insan yaralanmışdı. Terror aktını törətməkdə şübhəli bilinən Qırğızıstan əsilli Akbarjon Cəlilov özü də həlak olub.
Səxavət