Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski ABŞ-ın Suriyaya etdiyi hücumunu şərh edib.
Teleqraf.com life.ru-ya istinadla xəbər verir ki, Jirinovski bu hücumda ABŞ prezidenti Donald Trampın qızı İvankanı ittiham edib:
"Bunların hamısını qızlar edir. Boris Yeltsinin qızı Tatyana Dyaçenkonu yadınıza salın. Yeltsin ona qulas asdı və rüsvayçı şəkildə istefa verdi. İndi də Tramp belə edir. İvanka atasının axırına çıxacaq. Rus ordusu olduğu yerdə qalacaq və heç kəs onu təhdid edə bilməz".
Partiya sədri Trampın seçkiqabağı vədlərinə əməl etmədiyini deyib: "Əgər o, vədlərinə əməl etməsə, impiçment qaçılmazdır. Onda biz prezidentin istefası şərəfinə şampan içəcəyik".
Samir