ABŞ hökuməti Şimali Koreyanın nüvə proqramının qarşısını almaq üçün çoxmərhələli strategiya hazırlayıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, bu planda bir çox addımlar, o cümlədən hərbi müdaxilə məsələsi yer alıb. Acxaq ABŞ prezidenti Donald Tramp öncə diplomatik və iqtisadi addımları nəzərdən keçirəcək.
Sanksiyalar Vaşinqton və ya BMT vasitəsi ilə həyata keçirilə bilər. Qadağalar dağıdıcı gücdə olacaq. Bunlar arasında Şimali Koreyaya neft, qida məhsullarının və kömürün ixracını dayandırmaq, bu ölkənin təyyarələrinin digər dövlətlərin aeroportlarında enişini, eləcə də KXDR-in gəmilərinin xarici sulara daxil olmasının qadağan edilməsi və Şimali Koreyanın hökumət üzvlərinin başqa ölkələrdəki banklarda hesablarının dondurulması da var".
Samir