Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının nümayəndələri Suriyanın İdlib şəhərində dinc sakinlərə qarşı kimyəvi silahdan istifadə olunmasını araşdırmaq üçün Türkiyəyə gəlib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qrup İdlibdə kimyəvi hücum zamanı zəhərlənəmn və Türkiyəyə gətirilən şəxslərdən analizlər götürəcək.
Qeyd edək ki, 1997-ci ildə yaradılan təşkialtın əsas ofisi Hollandiyanın Haaqa şəhərində yerləşir. Qrupun araşdırmaq niyyətində olduğu hücum zamanı 150 nəfər həlak olub, 400 nəfər yaralanıb.
Samir