"ABŞ dövlət katibi Reks Tillersonun Rusiyaya rəsmi səfəri gözlənildiyindən yaxşı keçib".
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında deyib:
"Hər şey kifayət qədər yaxşı keçib. Bəlkə də gözlənildiyindən də yaxşı keçib. Hazırda Rusiya və ABŞ bir-biri ilə yola getmir. Rusiya ilə münasibətlərə gəldikdə isə biz yəqin ki, bu münasibətlərin tarixindəki ən aşağı səvyyəsindəyik. Putin Rusiya lideridir, Rusiya güclü ölkədir. ABŞ isə daha güclü ölkədir. Moskva ilə əməkdaşlığın necə getdiyini anlamaq üçün gözləmək lazımdır"
Qeyd edək ki, Tillerson Moskva səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Samir