Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğana zəng edib. Teleqraf.com xəbər verir ki, Kremlin yaydığı rəsmi məlumatda tərəflərin Suriyanı müzakirə etdiyi bildirilir.
“Suriyadakı hadisələrin inkişafı müzakirə olunub. Hər iki tərəf Cenevrə və Astana danışıqlarında əldə olunmuş atəşkəs rejiminin saxlanılması və danışıqlar prosesinin davam etdirilməsi barədə fikir mübadiləsi aparıblar”.
Aprelin 4-də ABŞ-ın Suriya ordusunun mövqelərinə zərbə vurmasından sonra Putin və Ərdoğan arasında ilk dəfə danışıqlar aparılıb.