Kreml Rusiya prezidentinin ABŞ dövlət katibi ilə keçirdiyi müzakirələrdən sonra münasibətlərin inkişaf edəcəyinə dair nə isə söyləməyin çox tez olduğunu bildirib.
Teleqraf.com "Amerikanın səsi"nə istinadən xəbər verir ki, Putinin sözçüsü Dmitri Peskov dünyanın iki nəhəng dövlətinin problemlərin həlli üçün davamlı dialoqa ehtiyacı olduğunu bildirib.
Peskov deyib ki, Moskva görüşü konstruktiv keçib. O, dünyanın iki nəhəng nüvə qüdrətinin problemlərin həlli üçün davamlı dialoqa ehtiyacı olduğunu bildirib.
Peskov bildirib ki, Putin görüş zamanı hazırkı münasibətlərə nəyin mane olduğuna aydınlıq gətirib.
ABŞ prezidenti Donald Tramp dünən Moskva ilə ABŞ münasibətlərinin ən aşağı səviyyədə olduğunu qeyd edib. Bu əhval-ruhiyyə ABŞ dövlət katibinin Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra keçirilən mətbuat konfransında da müşahidə edilib.
Bu gün isə Trampın Twitter hesabındakı yazısında nikbinlik nəzərə çarpır. "ABŞ-la Rusiya arasında hər şey yaxşı olacaq. Doğru zamanda hər kəs öz hisslərinə qayıdacaq və davamlı sülh əldə ediləcək!"
Putin isə Rusiyanın dövlət telekanalına müsahibəsi zamanı Rusiya-Amerika əlaqələrinin Trampın 3 ay əvvəl hakimiyyətə gəlməsi ilə pozulduğunu deyib.