Aprelin 11-də Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev Türkmənistana səfər edib.
Teleqraf.com "Gundogar" saytına istinadla xəbər verir ki, səfər yarıməxfi xarakter daşıyıb.
Saytın iddiasına görə, Nikolay Patruşevin səfəri barədə nə türkmən, nə də rus mətbuatı məlumat yayıb.
Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyi və Rusiyanın Türkmənistandakı səfirliyi də Patruşevin Aşqabada gəlişini şərh etməkdən boyun qaçırıb.
Sayt Nikolay Patruşevin Türkmənistana Bakıdan gəldiyinə diqqət çəkib. Rusiya Təhlükəsizlik Şurasının rəhbəri 10-11 apreldə Azərbaycanda səfərdə olub və bu barədə rəsmi məlumat yayılıb.
MAHİR