14 Aprel 2017 16:25
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi İordaniya kralı II Abdullahın Tehranı beynəlxalq terrorçuluğa dəstəkdə günahlandırmasına sərt reaksiya verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, “Vaşinqton post” qəzetinə müsahibə verən İordaniya kralı İran hökumətini və İŞİD terrorçu qruplaşmasının rəhbəri Əbubəkr əl-Bəğdadini tərəzinin bir gözündə gördüyünü deyib.

Qasımi isə bu bəyanata təhqirlə cavab verib. O, kralı ucuz və bayağı fikir sahibi, terrorçu adlandırıb.

İran XİN nümayəndəsinin bu çıxışı İordaniyanın informasiya naziri Məhəmməd Əl-Möminini qəzəbləndirib: “İran rəsmiləri danışıqlarına fikir versələr, təhqir etməməyi və ağızlarını yummağı öyrənsələr, yaxşı olar”.

O bildirib ki, İranın hökumət rəsmiləri bəyanat yayarkən diplomatik və etik qaydalara riayət etməlidirlər: “Bizim dünyanın müxtəlif ölkələri ilə müsbət əlaqələrimiz var. Lakin əgər kimsə bizimlə belə təhqiramiz şəkildə danışmağa başlasa, biz onun bu sözlərinə layiqli cavab verəcəyik”.

Samir


Müəllif:

Oxşar xəbərlər