15 Aprel 2017 18:35
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə referendum öncəsi kürdyönümlü partiya olan HDP-nin Diyarbəkirdə Konstitusiya dəyişikliyi əleyhinə mitinqində izdiham alınmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Əvvəllər HDP-nin mitinqlərinə milyonların toplandığını qeyd edən türk mediası seyrəkliyi partiyanının terrora dəstək verməsi ilə əsaslandırıb.

Aprelin 16-da Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçiriləcək.

Referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfər çıxarılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

MAHİR


Müəllif:

Oxşar xəbərlər