Nyu-Yorkda ABŞ-ın 45-ci prezidenti Donald Tramp əleyhinə aksiya keçirilir.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, mitinqdə 5 minədək etirazçı iştirak edir.
Etirazçılar prezidentin vergi bəyannaməsinin dərc edilməsini tələb edirlər. Nümayiş “Tax Day” – vergi ödənilməsi günü ərəfəsi keçirilir.
Analoji etiraz aksiyalarının ABŞ-ın bir çox şəhərində təşkil olunacağı gözlənilir.