16 Aprel 2017 13:40
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Baş Daxili Təhlükəsizlik İdarəsi (DGSI) prezidentliyə namizədlərə seçki kampaniyası dövründə ekstremistlərin təhdidi altında olduqları barədə xəbərdarlıq edib.


APA-nın məlumatına görə, bu barədə “Le Journal Du Dimanche” qəzeti məlumat yayıb.


Yazılı xəbərdarlıq keçən həftə namizədlərin hamısına göndərilib. Eyni zamanda tək namizədlərin şəxsən yox, seçki qərargahlarının da hücuma məruz qala biləcəyi nəzərə çatdırılıb. Baş Daxili Təhlükəsizlik İdarəsi namizədlərin mühafizəsinə cavabdeh olan polisə də anoloji məzmunda məktub ünvanlayıb. Antiterror mübarizəsinə cavabdeh olan Paris Prokurorluğu da yaranmış situasiya ilə bağlı ilkin təhqiqata başlayıb.


Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də, ikinci turu mayın 7-də keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər